Advertisment

Finlandiyada NATO-nun Şimali Avropa Quru Qoşunları qərargahının açılışı olub

Finlandiyanın Mikkeli şəhərində, Rusiya ilə sərhədə yaxın ərazidə, NATO-nun Şimali Avropa Quru Qoşunları qərargahı fəaliyyətə başlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə Yle portalı məlumat yayıb. “Dövlətimizin müdafiəsinin təşkili bizim əsas maraqlarımızdan biridir. Hərbi Hava Qüvvələri və donanmanın inkişafı quru müdafiəsinin təşkili qədər təcili deyil”, - deyə Finlandiyanın müdafiə naziri Antti Hakkyanen portala müsahibəsində bildirib.

NATO Quru Qoşunları komandanlığının briqada generalı Kris Gentin sözlərinə görə, qərargah dinc dövrdə alyansa üzv ölkələrinin fəaliyyətini planlaşdıracaq və sinxronlaşdıracaq, həmçinin birgə təlimlərin hazırlanması və keçirilməsi ilə məşğul olacaq, müharibə zamanı isə Şimal Avropada fəaliyyət göstərən qoşunlara komandanlıq edəcək.

Qeyd edək ki, Sankt-Peterburqdan 300 kilometr məsafədə yerləşən Şimali Avropa Quru Qoşunları qərargahı NATO-nun Norfolk komandanlığına tabe olacaq.