Vətənin müdafiəsi üçün canından keçənlərin hamısına dövlət səviyyəsində xor baxılırsa, ordunun heç bir döyüş hazırlığı və inkişafı ola bilməz.
Herbiand.az bildirir ki, bunu oktyabrın 3-də Milli Assambleyada ənənəvi brifinqlər zamanı müxalifətçi deputat, Ermənistan Respublika partiyasının üzvü Tiqran Abramyan deyib.
O, qeyd edib ki, sentyabr hadisələrinin ildönümündə “Yerablur” hərbi panteonuna bir dənə də olsun rəsmi nümayəndə heyəti gəlməyib: “Vətən müdafiəçilərinin xatirəsinə ehtiram göstərilməyib. Mən bu vəziyyətin nəinki Silahlı Qüvvələrimiz üçün ağır nəticələrini başa düşürəm, həm də anlayıram ki, Silahlı Qüvvələri beşinci dərəcəli struktur elan etməklə, onun rolunu aşağılamaqla, Silahlı Qüvvələrin müxtəlif səviyyələrinə davamlı, heç vaxt bitməyən hücumlar təşkil etməklə biz Silahlı Qüvvələri lazımi qaydada inkişaf etdirə bilməyəcəyik, onun döyüş qabiliyyəti ilə bağlı məsələləri həll edə bilməyəcəyik”.
Bəxtiyar CƏFƏRLİ