Advertisment

Ötən gecə 111 Ukrayna PUA-sı zxərərsizləşdirilib

Ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri və Azov dənizi üzərində 111 Ukrayna PUA-sını zərərsizləşdirib.

Herbiand.az xəbər verir ki, Rusiya Müdafoiə Nazirliyinin yaydıı məlumata görə, gecə ərzində hava hücumundan müdafiə sistemləri 111 Ukrayna stasionar qanadlı pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib:

Rostov vilayəti üzərində 34 PUA, Bryansk vilayəti üzərində 25 PUA, Kaluga vilayəti üzərində 11 PUA, Novqorod vilayəti üzərində 10 PUA, Belqorod vilayəti və Krım üzərində hər biri 7 PUA, Tula vilayəti üzərində 5 PUA, Krasnodar vilayəti üzərində 4 PUA, Volqoqrad və Orel vilayətləri üzərində hər biri 2 PUA və Lipetsk və Tver vilayətləri, Moskva vilayəti və Azov dənizi üzərində hər biri 1 PUA.