Advertisment

Rusiya bir gündə 350 Ukrayna dronunu vurub

Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gündə 350 Ukrayna dronunu vurub.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

 

Qeyd olunub ki, tək elə ötən gecə ərzində 193 Ukrayna PUA zəzərsizləşdirilib.

 

PUA-lar Moskva və Moskva vilayəti, Bryansk, Kaluqa, Tula, Kursk, Belqorod, Orlov, Rostov, Voronej, Orenburq, Tambov, Lipetsk və Samara vilayətinin hava məkanlarında vurulub.

 

Bundan başqa, Rusiya MN-dən o da bildirilib ki, Rusiya ordusu Dnepropetrovsk və Zaporojye vilayətərinin sərhədində yerləşən Yeqorovka, Privolnoe, və Novonikolaevka yaşayış məntəqələrini ələ keçirib.