Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri işləyən Valeri Zalujnı ölkəsindəki silahlı münaqişənin milli sərhədləri aşaraq “qlobal müharibəyə” çevrildiyini deyib.
Herbiand.az bildirir ki, Zalujnı bunu “Ukrainskaya Pravda” nəşri üçün yazdığı rəy məqaləsində qeyd edib.
Onun sözlərinə görə, hərbi əməliyyatların 4-cü ili dönüş nöqtəsinə çevrilib və dünya nizamı haqqında əvvəlki anlayışları şübhə altına alıb: “Beynəlxalq sistemin uzun müddətdir qurulduğu ideya və nəzəriyyələr faktiki olaraq aktuallığını itirib”.
Səfir məqaləsində Avropanı “qlobal müharibədə qonşu” adlandıraraq baş verənlərin nəticələrinin artıq Ukraynadan çox kənara çıxdığına işarə edib.
Zalujnı bundan əlavə qeyd edib ki, heç bir dövlət hərbi əməliyyatların hazırkı intensivlik səviyyəsinə tab gətirə və bütün müdafiə ehtiyaclarını təkbaşına ödəyə bilməz.
Bəxtiyar CƏFƏRLİ