Advertisment

Azərbaycanda məhkəmə hakimlərinin sayı 720-yə çatdırıla bilər

"Ötən dövrdə 2500-dən çox hakimliyə namizəd seçim prosesində iştirak edib, onlardan 254 nəfəri uğurlu nəticə göstərərək dövlət başçısının müvafiq sərəncamları ilə birinci instansiya məhkəmələrinin hakimi vəzifəsinə təyin edilib".

Bu sözləri Milli Məclisin bugünkü plenar iclasına deputat Nizami Səfərov deyib.

Azərbaycanda məhkəmə hakimlərinin sayı 720-yə çatdırıla bilər

O bildirib ki, hazırda məhkəmə sistemində 645 hakim fəaliyyət göstərir, növbəti ilin əvvəlinə hakim sayının 720-yə çatdırılması nəzərdə tutulur:

"Bu göstərici təkcə kadr potensialının artırılmasına deyil, həm də məhkəmə sisteminin keyfiyyətcə yenilənməsinə xidmət edib. 2019-cu ilə qədər təyin edilən 415 hakimin cəmi 63 nəfəri (15.1%) qadın olduğu halda, sonrakı illərdə təyin edilən 254 hakimin 119 nəfəri (46.9%) qadındır. Belə bir yanaşma ölkəmizdə gender bərabərliyinin təmin olunması və qadınların məhkəmə sistemində fəal iştirakının bariz nümunəsidir. Hazırda məhkəmə sistemində qeyd etdiyim 645 nəfər fəaliyyət göstərən hakimlərdən 175-i qadındır".