Advertisment

Rusiyanın müdafiə naziri “Cənub” qüvvələr qrupunu yoxlayıb

Rusiyanın müdafiə naziri Andrey Belousov “Cənub” qüvvələr qrupunu və ön komandanlıq məntəqəsinin işini yoxlayıb. Həmçinin, təmas xətti boyunca mövcud vəziyyətlə bağlı qərargah zabitlərinin hesabatlarını dinləyib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

Məlumatda deyilir: “Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov “Cənub” qüvvələr qrupunda bölmələrdən birinin ön komandanlıq məntəqəsinin işini yoxlayıb, orada qərargah zabitlərinin məsuliyyət zonasındakı mövcud vəziyyət və düşmən hərəkətlərinin xarakteri ilə bağlı hesabatlarını dinləyib”.

Bəxtiyar CƏFƏRLİ