ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, qarşıdakı aylarda Ukraynaya əlavə 2 milyard dollarlıq hərbi yardım ayrılması gözlənilir.
Bu barədə amerikalı diplomat Bloomberg-ə müsahibəsində bildirib.
“Yəqin ki, qarşıdakı bir neçə ay ərzində daha 2 milyard dollar və ya ondan da çox məbləğdə yardım ayrılacaq. Bunun çox tezliklə baş verəcəyini gözləyirik. Dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşü keçiriləcək və bu məsələ orada yekunlaşdırılacaq” – Uitaker qeyd edib.
Diplomat əlavə edib ki, 2026-cı ilə keçid dövründə əsas məqsəd Ukraynaya sabit dəstəyin təmin edilməsi olacaq:
“Ukraynanın özünümüdafiəsi üçün həyati əhəmiyyət daşıyan silahların alınmasına lazım olan 12–15 milyard dolların toplanması vacibdir. Bu, ABŞ istehsalı silahlar olacaq”.