Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti görüşləri keçirilib.
Herbiand.az xəbər verir ki, iki matçın nəticəsinə əsasən, “Sumqayıt" və "Difai" 1/8 finala vəsiqə qazanıblar. “Kimyaçılar” "Zaqatala"nı 3:0, Ağsu təmsilçisi “Xankəndi”ni 2:1 hesabı ilə məğlub edib.
Bu gün, həmçinin "Qəbələ" "Mingəçevir"i, "Şamaxı" "Səbail"i, "Neftçi" MOİK-i, "Şimal" "Şahdağ Qusar"ı sınağa çəkəcək.
Qeyd edək ki, ötən gün "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq" və "Şəfa" 1/8 finala yüksəlib.