Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Herbiand.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sonuncu tədbir zamanı rayon ərazisində “Changan” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Tayfun Fərəcov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına, polisin qanuni tələbinə əməl etmədiyinə, eləcə də avtomobili C. Hacıbəyli və M. Mirqasımov küçələrinin kəsişməsində yerləşən işıqfora vuraraq onu yararsız vəziyyətə saldığına görə saxlanılıb.
Tayfun Fərəcovun spirtli içkidən istifadə etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinəyə aparılıb. Müayinə zamanı onun spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Tayfun Fərəvoc 2 ay müddətinə inzibati qaydada həbs olunub.