Advertisment

Araz Əzimov Hakan Fidanın müavini ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Türkiyənin xarici işlər nazirinin müavini Ayşə Berris Ekinci Bakıya səfəri çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş Türkiyə-Azərbaycan siyasi məsləhətləşmələri çərçivəsində baş tutub.

Tərəflər iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, çoxtərəfli əməkdaşlıq məsələləri, həmçinin hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.