Advertisment

Braziliyada hökumət qüvvələri ilə narkokartellər arasında qarşıdurm

Braziliyanın Rio-de-Janeyro şəhərində hökumət qüvvələri ilə narkokartellər arasında silahlı toqquşma nəticəsində 64 nəfərin öldüyü bildirilir.

Bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, şəhər tam blokadaya alınıb. Hütün yollar və prospektlər barrikadalar və qaçırılmış avtobuslarla bağlanıb. Şəhərin narkoticarətinin təxminən 70 faizinə nəzarət edən yerli silahlı qruplar genişmiqyaslı polis əməliyyatına cavab olaraq Rio-da lokdaun rejimi tətbiq ediblər.

Rio-de-Janeyro ştatının qubernatoru Klaudio Kastro ölkə prezidenti Lula da Silvanı vəziyyətə hərbi qüvvə göndərməkdən imtina etməkdə ittiham edib.