Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Azər Zirəddin oğlu Bayramovla vida mərasimi keçirilib.
Bakının Xətai rayonunda mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Suraxanı rayonu “Dədə Qorquq” qəbiristanlığındakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Azər Bayramov 24 iyun 1973-cü ildə Bakının Xətai rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. A.Bayramov 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.
“Report”