Advertisment

Pakistan Talibanı hədələdi

Pakistan Talibanı məhv etməklə hədələyib.

Pakistanın müdafiə naziri Xavaca Asif “X” hesabında bildirib:

“Taliban rejimini məhv etmək və onları gizlənmək üçün mağaralara qovmaqdan ötrü Pakistanın öz arsenalının kiçik bir hissəsini belə istifadə etməyə ehtiyacı yoxdur”, - Pakistanın müdafiə naziri yazıb.

Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında İstanbulda aparılan danışıqlar uğursuz nəticələnib. Bu ay iki ölkənin sərhəd bölgəsində yaşanan hərbi toqquşmalarda onlarla insan həlak olub.