Advertisment

Türkiyədə bina çöküb

Bu gün səhər saatlarında Türkiyənin Kocaeli vilayətinin Gebzə rayonunda yerləşən yeddimərtəbəli bina çöküb.

Herbiand.az xəbər verir ki, hazırda axtarış-xilasetmə işləri davam edir.

Binada beş nəfərdən ibarət bir ailənin yaşadığı bildirilir.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya axtarış işlərinə 147 xilasedicinin işçi cəlb olunduğunu deyib.

Binanın çökməsinin səbəbləri araşdırılır.