Advertisment

NBA oyunçusu narkotik istifadəsinə görə həbs edilib

NBA-da çıxış edən “Dallas Maveriks” klubunun basketbolçusu Brendon Uilyams narkotik vasitədən istifadə etməkdə ittiham olunaraq həbs edilib.

Herbiand.az xəbər verir ki, hadisə şənbə günü “Dallas/Fort-Uort” beynəlxalq hava limanında baş verib. Uilyamsın üzərində təxminən 37 qram marixuana aşkarlanıb.

Klub hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

25 yaşlı basketbolçu ötən həftəsonu üçün icazə almış və şəxsi səbəblərə görə NBA-nın son iki oyununu buraxmışdı.

Brendan Uilyams bu mövsüm ümumilikdə cəmi 19 dəqiqə parketdə olub, 3 asist edib, lakin xal qazana bilməyib.