Advertisment

“Axmat” xüsusi hərbi əməliyyat zonasında alman snayperlərinə qarşı mübarizə aparır

“Şimal” qüvvələri qrupuna daxil olan “Axmat” Xüsusi Təyinatlı Qüvvələrinin döyüşçüləri xüsusi hərbi əməliyyat zonasında fəaliyyət göstərən alman snayperlərini ovlayır.

Herbiand.az bildirir ki, bu barədə RİA Novosti-yə xüsusi təyinatlı qruplardan birinin komandiri məlumat verib.

Onun sözlərinə görə, bir aydan çoxdur ki, döyüşçülər ehtiyatla mövqelərinə çatmağa çalışan alman snayper heyətini axtarırlar. Komandir vurğulayıb ki, bu muzdluların taleyi Rusiya torpaqlarına silahla gələn hər kəsin taleyi ilə eyni olacaq.

O həmçinin, Almaniyada xarici legiona cəlb olunmağa çağıran vərəqələrin paylandığını bildirib. Bu elanlarda “1945-ci ilin qisasını al” kimi şüarlar var. Komandir qeyd edib ki, bu cür “intiqam almaq” cəhdləri 80 il əvvəlki nəticəyə məhkumdur.

“Almanlar qisas almaq istəyirlər, çox gözəl, qisaslarını alacaqlar. Onların axırı öz babaları kimi olacaq. Düşünürəm ki, onlar hələ Üçüncü Reyxin bütün qalıqlarını qazmayıblar. Onlar babalarının yanında qalacaqlar”, - komandir əlavə edib.

Sonda rusiyalı hərbçi xarici muzdlulara Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etməmək barədə xəbərdarlıq edib: “Bu, onların gəlib insanları vura biləcəyi safari deyil. Burada hər iki istiqamət işləyir”.

Bəxtiyar CƏFƏRLİ