Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun Azərbaycan və Pakistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi “BAKIDAN SALAMLAR İSLAMABADA” adlı şeiri ingilis dilinə tərcümə olunaraq (“SALAM FROM BAKU TO ISLAMABAD”) Pakistanın nüfuzlu diplomatik nəşri olan “The Diplomatic Insight” jurnalının saytında həm Azərbaycan, həm də ingilis dillərində yayımlanıb.
Müəllifin iki ölkənin əbədi dostluq və qardaşlığına həsr etdiyi, eləcə də Elmar Hüseynov tərəfindən ingilis dilinə tərcümə olunmuş şeiri bundan öncə Pakistanın “Sindh Courier” saytında işıqlandırılıb.
Məlumat üçün qeyd edək ki, zabitimizin Azərbaycan və Özbəkistan xalqlarının əbədi dostluq və qardaşlığına həsr etdiyi, eləcə də Gülzira Şaripova, Rahmat Babacan və Cahangir Namazov tərəfindən özbək dilinə tərcümə olunmuş şeirləri Özbəkistan mediasında da işıqlandırılıb. Bundan əlavə, mayor Anar Əhmədovun hərbi-vətənpərvərlik mövzusunda yazdığı məqalələri ölkəmizdə fəaliyyət göstərən bir çox jurnal, qəzet və saytlarda da geniş yayımlanıb.
Zabitimizin Pakistan mediasında yayımlanan şeirini aşağıdakı linklərə daxil olaraq oxuya bilərsiniz: