Advertisment

Qazaxıstan ötən il 100 mln. tona yaxın neft hasil edib

2025-ci ildə Qazaxıstanda neft hasilatının həcmi təxminən 99,6 milyon ton səviyyəsində olub.

Herbiand.az -ın məlumata görə, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.

 

Onun sözlərinə görə, faktiki hasilat 99 milyon 550 min ton təşkil edib.

 

Eyni zamanda nazir qeyd edib ki, 2026-cı il üzrə hasilat planları hələlik formalaşdırılma mərhələsindədir.