Ukrayna Milli Paralimpiya Komitəsi Ukrayna komandasının 2026-cı ildə Milan və Kortina d'Ampezzoda keçiriləcək Qış Paralimpiya Oyunlarının açılış mərasimini boykot edəcəyini açıqladı. Bu qərar Rusiya və Belarus idmançılarının Oyunlara öz milli bayraqları altında buraxılmasına etiraz olaraq verilib.
Herbiand.az xəbər verir ki, bununla bağlı Ukrayna Milli Paralimpiya Komitəsi bəyanat yayıb və açılış mərasimində Ukrayna bayrağının istifadə edilməməsini tələb etdiyini bildirib.
Kiyev Beynəlxalq Paralimpiya Komitəsinin Rusiya və Belarus idmançılarının öz bayrağı və himni altında iştirak etməsinə icazə vermək qərarını kəskin tənqid edib.