Advertisment

Yaponiyada Milli Kəşfiyyat Agentliyi yaradılır

Yaponiya hökuməti daxilində Milli Kəşfiyyat Agentliyi yaradılacaq.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Sanae Takaiçi andiçmə mərasimi münasibətilə Parlamentdə etdiyi əsas çıxışında açıqlayıb.

"Nazirlər Kabineti Kəşfiyyat Agentliyi Milli Kəşfiyyat Agentliyinə çevriləcək ki, bu da müvafiq qurumlardan məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasına və səmərəli istifadəsinə imkan verəcək", - deyə o bildirib.

Takaiçi həmçinin kəşfiyyat sahəsində koordinasiya funksiyasını gücləndirmək üçün Baş nazirin sədrliyi və müvafiq nazirlərin iştirakı ilə Nazirlər Kabineti daxilində Milli Kəşfiyyat Şurasının yaradılacağını da açıqlayıb.

Əvvəllər bildirilirdi ki, Yaponiya hökuməti bu il xaricdə kəşfiyyat toplama mexanizmlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsini özündə ehtiva edən milli kəşfiyyat strategiyası hazırlayıb təsdiqləmək niyyətindədir. Sanae Takaiçi dəfələrlə Yaponiyada ABŞ MKİ-yə bənzər bir qurumun yaradılmasını müdafiə edib.