Advertisment

Müharibə başlayandan indiyə qədər Ukraynada 5000-dən çox qadın və qız öldürülüb - BMT

Rusiyanın tammiqyaslı işğalının başlamasından bəri Ukraynada 5000-dən çox qadın və qız öldürülüb, daha 14000 nəfər isə yaralanıb.

Herbiand.az bildirir ki, bu barədə BMT-nin Qadınlar Təşkilatının hesabatında deyilib.

Həmçinin qeyd olunur ki, 2025-ci il indiyə qədər ən ölümcül il olub və faktiki rəqəmlər daha yüksək ola bilər.

BMT qeyd edir ki, müharibənin və enerji hücumlarının şiddətlənməsi ilə yanaşı, böhranın üçüncü amili də sürətlənir: qadın hüquqlarının qorunması təşkilatlarına maliyyələşdirmənin azalması.

Bəxtiyar CƏFƏRLİ