Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez ABŞ prezidenti Donald Trampı ölkəsinə qarşı sanksiyaları ləğv etməyə və Venesuela neftinin blokadasına son qoymağa çağırdı.
Herbiand.az xəbər verir ki, bu barədə 27 fevral cümə günü AFP agentliyi Rodrigezin Venesuela dövlət televiziyasındakı çıxışına istinadən məlumat yayıb.
Rodrigez vurğulayıb ki, 2025-ci ilin yanvar ayının əvvəlində ABŞ hakimiyyəti tərəfindən Nikolas Maduronun tutulub devrilməsinə baxmayaraq, ölkələri bir-birinə "dost" hesab edir. O, həmçinin bildirib ki, Karakas hökuməti "ABŞ ilə yeni əməkdaşlıq gündəliyi açmağa" çalışır və buna görə də Vaşinqton neft blokadasına son qoymalı və Venesuelaya qarşı sanksiyaları ləğv etməlidir.