Ukrayna Kikboksinq Federasiyasının prezidenti Olqa Pavlenko fevralın 15-də ukraynalı idmançı və məşqçi Dmitri Rusetskinin rus işğalçılarına qarşı döyüşdə həlak olduğunu açıqlayıb.
Herbiand.az bu barədə Ukrayna mətbuatına istinadən bildirir.
O, döyüş tapşırığını yerinə yetirərkən Sumı bölgəsindəki Pisarevka kəndi yaxınlığında həlak olub.
Dmitro Rusetski dəfələrlə Ukrayna çempionu və kikboksinq üzrə Dünya Kubokunun qalibi olub, həmçinin WAKO Beynəlxalq İdman Ustası tituluna sahib olub. Mülki həyatda məşqçi kimi çalışaraq gənc idmançılar və gələcək çempionlar yetişdirib.
Bəxtiyar CƏFƏRLİ