Advertisment

Rusiyalı diplomatdan Makrona məsləhət: “Siqnalları Moskvaya deyil, həyat yoldaşına göndər”

Rusiyalı diplomat Konstantin Dolqov Fransa prezidenti Emmanuel Makrona Moskvaya siqnal göndərməyə çalışmamağı, həyat yoldaşı ilə ünsiyyətə diqqət yetirməyi məsləhət görüb. Səfir hesab edir ki, Fransa prezidentinin Rusiya üçün bəzi “güclü siqnallar” barədə açıqlamaları ciddi təhlilə dəyməz.

Herbiand.az xəbər verir ki, Dolqov bunu Gazeta.Ru-ya verdiyi müsahibədə deyib.

“O, prezidentliyinin son aylarını yaşayır, ona görə də artıq ondan heç nə asılı deyil, o, artıq bir müddətdir ki, axsaq ördəkdir. Buna görə də, öz siqnallarını yalnız həyat yoldaşına göndərə bilər”, - diplomat bildirib.

Xatırladaq ki, Avropa Birliyi Rusiya əleyhinə sanksiyaların 20-ci paketini və Ukraynaya 90 milyard avroluq krediti təsdiqləyib. Makron bunu Moskva üçün “güclü siqnal” adlandırıb.

Bəxtiyar CƏFƏRLİ