NATO kəşfiyyat təyyarələri özünün aviaparkını əhəmiyyətli dərəcədə təkmilləşdirməyi və Amerika hava platformalarından artıq asılı olmamağı planlaşdırır.
Herbiand.az bildirir ki, bu barədə DPA nəşri Alyans daxilindəki mənbələrə istinadən məlumat verib.
Bu, hazırda bəzilərinin təxminən 40 yaşı olan modifikasiya edilmiş Boeing 707-lərə əsaslanan köhnəlmiş AWACS təyyarələrinin tədricən dəyişdirilməsini nəzərdə tutur. Onlar, xüsusən də Şərqi Avropada hava məkanının müşahidəsi üçün istifadə olunur.
Məlumata görə, yeni aviapark Kanada istehsalçısı Bombardier şirkətinin Saab GlobalEye erkən xəbərdarlıq sistemləri ilə təchiz olunmuş təyyarələrindən ibarət olacaq.
Bir neçə milyard dollar dəyərində 12-yə qədər Global 6000 və ya Global 6500 təyyarəsi üçün sifariş gözlənilir. Yekun qərar iyul ayında Ankarada keçiriləcək NATO sammitində verilə bilər.
Bəxtiyar CƏFƏRLİ