ABŞ İraqda fəaliyyət göstərən İranpərəst “Xətaib Seyyid əl-Şuhada” yaraqlı qrupunun lideri haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat təyin edib.
Herbiand.az bildirir ki, ABŞ Dövlət Departamentinin X sosial media platformasındakı Rewards for Justice proqramı səhifəsində yer alan paylaşıma görə, sözügedən şəxs Haşim Finyan Rəhim as-Saracidir.
Paylaşımda qeyd olunur ki, qruplaşmanın yaraqlıları İraqdakı ABŞ diplomatik obyektlərinə, eləcə də İraq və Suriyadakı ABŞ hərbi bazalarına və personalına hücumlar həyata keçiriblər.
“İraqdakı ABŞ diplomatik obyektlərinə və günahsız mülki şəxslərə qarşı zorakılıq və hücumların qarşısını almağa kömək edin. Məlumatı paylaşın”, - Dövlət Departamenti çağırış edib.
Bəxtiyar CƏFƏRLİ