Advertisment

Əfqanıstanda silahlı hücum nəticəsində bir ailənin beş üzvü öldürülüb

Əfqanıstanda silahlı hücum nəticəsində bir ailənin beş üzvü qətlə yetirilib.

Herbiand.az xəbər verir ki, hadisə Əfqanıstanın şərqində yerləşən Loqar əyaləti ərazisində baş verib. Rəsmi açıqlamaya görə, naməlum silahlı şəxslər səhər saatlarında evə daxil olaraq atəş açıblar. Nəticədə ata, ana, iki oğul və ailənin gəlini olmaqla beş nəfər həyatını itirib.

Hadisənin səbəbləri araşdırılır.