Advertisment

Kreml: Moskvada Qələbə paradı keçiriləcək

Moskvada Qələbə paradı keçiriləcək.

 

Herbiand.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

 

O əlavə edib ki, Kreml paradın formatı barədə ictimaiyyəti vaxtında məlumatlandıracaq.

 

Qeyd edək ki, Rusiya mətbuatında Moskvada 9 May paradının ləğv olunacağı və ya təxirə salınacağı ilə bağlı müxtəlif məlumatlar yayılıb. Həmin məlumatlarda Qələbə paradının təhlükəsizlik səbəbi ilə ləğv ediləcəyi bildirilib.