Nüvə fəlakəti riski soyuq müharibənin ən qızğın dövründən bəri görünməmiş səviyyəyə çatıb.
Bunu MAQATE-nin baş direktoru Rafael Qrossi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin İcmal Konfransında çıxışı zamanı bildirib:
"Müharibə Avropaya və Yaxın Şərqə qayıdıb və sülhü və təhlükəsizliyi təmin edən çoxtərəfli mexanizmlər böyük təzyiq altındadır. Bugünkü nüvə məkanında daha çox iştirakçı, daha böyük risk və daha az aydınlıqla qeyri-müəyyən bir fasilə ilə qarşılaşırıq".
O, ölkələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə riayət etməyə çağırıb. Eyni zamanda, o bildirib ki, nüvə elmi və texnologiyası genişləndirilməlidir, çünki onlar enerji və qida təhlükəsizliyini, səhiyyəni və ətraf mühitin qorunmasını dəstəkləyir.