Advertisment

Sel nəticəsində dağılan evlərin tikintisi həyata keçiriləcək

Sel nəticəsində dağılan fərdi yaşayış evlərinin tikintisi həyata keçiriləcək.

 

Herbiand.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.

 

Sərəncama əsasən, fərdi yaşayış evlərinin tikintisi Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Quba və Xızı rayonlarında həyata keçiriləcək.