Advertisment

Putin Tuapsenin vurulmasına münasibət bildirdi

Tuapsedəki hədəflərə pilotsuz təyyarələrin hücumları ciddi ekoloji nəticələrə səbəb ola bilər.

Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin seçki təhlükəsizliyi ilə bağlı keçirilən iclasda bildirib.

Prezident hücumların getdikcə enerji obyektləri də daxil olmaqla mülki infrastrukturu hədəfə aldığını vurğulayıb.

Putin əlavə edib ki, Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin ciddi təhlükə olmadığını və bölgə sakinlərinin üzləşdikləri çətinliklərin öhdəsindən gəldiyini bildirib.

Xatırladaq ki, Ukrayna hücumlarından sonra Tuapse şəhərinə su təhçizatı dayanıb.