Advertisment

“T-72 dünyanın ən yaxşı tankıdır” - The National Interest

Amerikanın The National Interest jurnalına görə, Rusiyanın T-72 tankı dünyanın ən yaxşı tankları reytinqində birinci yeri tutub.

Herbiand.az-ın məlumatına görə, nəşrin müəllifləri qeyd ediblər ki, nəqliyyat vasitəsi "effektiv tank"ın bütün tələblərinə cavab verir.

Həmçinin vurğulanıb ki, dronlarla bağlı çətinliklərə baxmayaraq, döyüş vasitəsi Ukraynada döyüş əməliyyatlarında üstünlük təşkil edir.

İkinci sırada Amerikanın M1 Abrams, üçüncü yerdə isə İsrailin Merkava V tankı tutur. Rusiyanın T-14 “Armata” tankı ilk onluğa daxil olaraq altıncı yerdədir.

Bəxtiyar CƏFƏRLİ