Ukraynada ordunun qoşun toplamaqda böyük problemlərlə üzləşdiyi etiraf edilib.
Herbiand.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər qüvvələrinin komandanı Robert Brovdi səfərbərlik prosesinin son dərəcə çətin olduğunu və könüllülərin axınının faktiki olaraq azaldığını bildirib.
"Döyüşmək istəyən hər kəs döyüşür, köçmək istəyən hər kəs köçüb. Kim ki gizlənib, biz onlara güvənmirik, bunlar faydalı ola biləcək kontingent deyillər", - Brovdi deyib.
Bəxtiyar CƏFƏRLİ