Advertisment

Rubio Kubanı günahlandırıb: Öz ərazisini ABŞ düşmənlərinə verir

ABŞ dövlət katibi Marko Rubio Kubanı hərbi və kəşfiyyat əməliyyatları üçün öz ərazisini ABŞ-ın düşmənlərinə verməkdə günahlandırıb.

Herbiand.az xəbər verir ki, dövlət katibi bunu Fox News-a verdiyi müsahibədə bildirib.

Rubionun sözlərinə görə, Kuba hakimiyyəti Vaşinqtonun düşmənləri olan xarici ölkələrin Amerika milli maraqlarına zidd olan məqsədlər üçün ərazisində fəaliyyət göstərməsinə icazə verir: “ABŞ öz sahillərindən 90 mil məsafədə aparılan hərbi və ya kəşfiyyat əməliyyatları üçün "cəzasız" fəaliyyətlərə yol verməyəcək”.

Bəxtiyar CƏFƏRLİ