Son sutkada kriptovalyuta bazarında artım müşahidə olunub.
Herbiand.az xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,95% artaraq 77 122 dollar təşkil edib. "Ethereum" 1,79% bahalaşaraq 2 284 dollara, BNB isə 0,34% bahalaşaraq 617 dollara yüksəlib.
Həmçinin, "Bitcoin Cash"in qiyməti sutka ərzində 0,09% artaraq 443 dollara, "Monero"nun qiyməti 1,93% artaraq 382 dollara bərabər olub. "Zcash" 4,91% bahalaşaraq 347 dollar, "Bittensor" isə 1,88% bahalaşaraq 254 dollar səviyyəsində qərarlaşıb.
Qızıl ilə indeksləşdirilmiş kriptovalyutalarda da artım qeydə alınıb. "PAX Gold"un qiyməti 0,95% artaraq 4 601 dollar, "Tether Gold"un qiyməti isə 0,83% artaraq 4 599 dollar olub.
Ümumilikdə kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 1,48% artaraq 2,57 trln. dollara yüksəlib.
Bazardakı artım əsasən son günlərdə müşahidə olunan texniki bərpa və iri investorların bazara qayıtması ilə izah olunur.