Advertisment

Tuapse limanı yenidən vuruldu

Ukrayna Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində yerləşən dəniz terminalına zərbə endirib.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, PUA hücumu zamanı yanğın baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, xəsarət alan olmayıb.

Bu Ukrayna ordusunun son həftə ərzində Tuapseyə dördüncü hücumudur.

Yerli hakimiyyət orqanları yaranmış vəziyyəti “ekoloji fəlakət” adalndılrıb. Ərazidə “neft yağışları” müşahidə olunur.