Advertisment

Ukrayna Rusiyaya qanadlı raketlər atır - ZELENSKİ TƏSDİQLƏDİ

Ukrayna Prezidenti Vladimir Zelenski 1500 kilometrdən çox məsafədə olan Çeboksarıdakı Rusiya zavoduna endirilən zərbəni təsdiqlədi.

Herbiand.az xəbər verir ki, Ukrayna lideri bu zərbənin qanadlı raketlə endirildiyini bildirib.

Zelenski qeyd edib: "Dünən gecə Silahlı Qüvvələrin Çeboksarıdakı hərbi-sənaye obyektləri də daxil olmaqla bir neçə düşmən hədəfinə qarşı "Dərin Zərbə" Əməliyyatının bir hissəsi olaraq F-5 "Flamingo" qanadlı raketləri buraxılıb".