Advertisment

Medvedev: “Almaniya İkinci Dünya müharibəsindəki məğlubiyyətin qisasını almaq kursu götürüb”

Almaniya İkinci Dünya müharibəsindəki məğlubiyyətinə görə rəsmi olaraq genişmiqyaslı qisas kursuna başlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Medvedev Berlində ictimai rəyin manipulyasiya edildiyini, Moskvanın isə Almaniyanın hərbi strategiyasında dünya nizamı üçün "fundamental təhdid" kimi təsvir edildiyini qeyd edib.

O, həmçinin əcdadları Şərq cəbhəsində vuruşan ən aqressiv rusofobların ritorikasına da diqqət çəkib: "Onlar ruslara müharibədə uduzmağın necə olduğunu göstərməyə həvəslə çağırış edirlər".

Bəxtiyar CƏFƏRLİ