ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri Floridadan daha yaxşı Amerika hava hücumundan müdafiə sistemləri ilə qorunur.
Herbiand.az bildirir ki, bu barədə Fox News kanalı ABŞ-ın keçmiş yüksək vəzifəli hərbçisinə istinadən məlumat verdib.
"BƏƏ və Yaxın Şərqdəki digər müttəfiqlərimiz Amerika hava hücumundan müdafiə sistemləri ilə İranın “Shahed” dronlarına qarşı Florida ştatından daha yaxşı qorunur", - keçmiş hərbçi bildirib.
Kanal qeyd edib ki, Florida Kubaya görə xatırlanıb, çünki son zamanlar ABŞ prezidenti Donald Trampın administrasiyasının "bu kommunist ölkənin xalqını onilliklər boyu davam edən totalitar hakimiyyətdən azad etməyə çalışması" barədə çox danışılıb.
"2027-ci maliyyə ili büdcəsində Pentaqon Yaxın Şərqdən Ukraynaya qədər döyüş meydanlarında baş verən münaqişələr fonunda bir problemi ortaya çıxardığı üçün dron və avtonom döyüş sistemləri proqramları üçün təxminən 55 milyard dollar tələb edir: ucuz dronlar getdikcə bahalı ABŞ müdafiə sistemlərini üstələməyə qadirdir", - mənbə qeyd edib.
Bu artan problemin Floridada, potensial olaraq Kubanın zərbə məsafəsində yerləşən 20-dən çox hərbi bazanın komandirlərini narahat etdiyi bildirilir. Bu, xüsusilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) və ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının (SOCOM) yerləşdiyi Tampa bölgəsindəki bazalara aiddir.
Bəxtiyar CƏFƏRLİ