Kolumbiyada müəllim səhnədə çıxış edərkən şagirdlərinin qarşısında ölüb. Faciə Müəllimlər Günündə baş verib.
Herbiand.az bildirir bu barədə "Need To Know" nəşri yazıb.
Məlumata görə, Orlando Marruqo mikrofonu götürərək gecəni təşkil etdikləri üçün lisey şagirdlərinə təşəkkür etmək istəyib. O, ənənəvi valenato mahnısı olan "Sin Mas Palabras"ı ifa etməyə başlayıb, lakin birdən dayanıb. 54 yaşlı müəllin sinifə "Bununla bu qədər" deyib və yerə yıxılıb.
Hadisə yerinə gələ təcili yardım onun ürək tutmasından öldüyünü bildirib. Bunun səbəbi, ehtimal ki, Karib dənizi sahillərindəki şiddətli istilər olub.
Bəxtiyar CƏFƏRLİ