Advertisment

Rusiya Müdafiə Nazirliyi döyüş hazırlığı proseslərini optimallaşdırır

Rusiya Müdafiə Nazirliyi döyüş hazırlığı proseslərini optimallaşdıraraq silah və texnikanın silinməsinə diqqət yetirib.

Herbiand.az bu barədə Nazirliyin mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, əvvəllər bürokratik gecikmələr təlim meydançalarının vaxtında yenilənməsinə mane yaradırdı aə avadanlıqların qiymətinin illik artımına səbəb olurdu. Nazirlik mövcud prosedurları nəzərdən keçirib və sənəd dövriyyəsindəki vasitəçi addımları aradan qaldırıb, eləcə də təlim meydançalarının və hərbi təlim mərkəzlərinin təchiz edilməsi proseslərini standartlaşdırıb.

Bildirilib ki, yenilənmiş prosesin 1 iyul 2026-cı il tarixinə başlanması planlaşdırılır: "Şəxsi heyətin döyüş və fiziki hazırlığının təkmilləşdirilməsi üzrə işlər davam edir".

Bəxtiyar CƏFƏRLİ