Advertisment

UN-Habitat: Orta Dəhliz region üçün yeni iqtisadi imkanlar yaradır

Yeni şəhərlərin qurulması, urbanizasiya və dayanıqlı inkişaf məsələləri müasir dövrdə əsas qlobal çağırışlardan biridir.

Herbiand.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə regionlararası müşaviri Katya Şefer WUF13 çərçivəsində keçirilən “Mərkəzi Asiyanın yeni paytaxtları və yeni şəhərləri-Su həssasiyyətli şəhərsalma planlaması və iqlimə davamlı mənzil təminatı” adlı tədbirdə deyib.

O, Mərkəzi Asiya ölkələrinə səfərləri zamanı yeni şəhərlər konsepsiyası ilə yaxından maraqlandığını deyərək, xüsusilə Astananın formalaşması və son 30 ildə əldə olunan nəticələrin diqqət çəkdiyini vurğulayıb.

Şeferin sözlərinə görə, gələcəyin şəhərləri ilə bağlı memarlıq baxışları, pilotsuz hava taksiləri kimi texnoloji yeniliklər artıq bəşəriyyətin cavab tapmalı olduğu məsələlər sırasındadır.

UN-Habitat rəsmisi qeyd edib ki, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə urbanizasiya dinamikası fərqlidir və bu, yeni şəhərlərin planlaşdırılmasına da təsir göstərir.

Katya Şefer Orta Dəhlizin region üçün yeni iqtisadi imkanlar yaratdığını, investisiya və iş imkanlarını artırdığını deyib.