Advertisment

ABŞ-ın İrana qarşı 90 dəqiqəlik əməliyyatı başa çatıb - YENİLƏNİB

ABŞ İrana qarşı yeni zərbə dalğasının başa çatdığını açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, 90 dəqiqə çəkən əməliyyatda İranın Böyük Tonb adasında yerləşən kruz raket anbarları, raket buraxılışı məntəqələri və müdafiə sistemləri dəqiqliklə hədəfə alınıb.

“Zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərini hədəfə almaq qabiliyyətini daha da çox zəiflətdi”, - CENTCOM-dan bildirilib.

***

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana yeni zərbələr dalğasının başladığını elan etdi.

Herbiand.az xəbər verir ki, CENTCOM X sosial media platformasında zərbələrin Şərq vaxtı ilə səhər saat 6:00-da (Bakı vaxtı ilə saat 14:00) başladığını yazıb.

Bəyanatda deyilir: "Bu zərbələrin məqsədi İran qüvvələrinin Hörmüz boğazında kommersiya gəmiçiliyinə hücum etmək üçün istifadə etdiyi hərbi imkanları daha da zəiflətməkdir".