Advertisment

Rusiya donanması dünyada 3-cü yerdədir

Rusiya Hərbi Dəniz Qüvvələri dünyanın ən güclü üç donanmasına daxil olub. Onlar Çin və ABŞ-dan sonra 3-cü yerdədir.

Herbiand.az bildirir ki, bu barədə "The National Interest" jurnalı yazıb.

Reytinq tərtib edərkən müəlliflər "real dəyər" metodologiyasından istifadə ediblər. Bu, təkcə gəmilərin sayının deyil, həm də modernləşmə dərəcəsinin, təchizat imkanlarının və ümumi döyüş effektivliyinin qiymətləndirilməsini əhatə edir.

Nəşrin qənaətinə görə, Rusiya əsasən inkişaf etmiş sualtı qüvvələrinə görə aparıcı dəniz gücü olaraq qalır. Bundan əlavə, ölkə eyni zamanda dörd strateji ərazidə dəniz mövcudluğunu qorumalıdır: “Rusiya Hərbi Dəniz Qüvvələrinin 283 hərbi gəmisi var. Strateji və çoxməqsədli sualtı qayıqlar onun döyüş potensialında əsas rol oynayır”.

Bəxtiyar CƏFƏRLİ