Advertisment

Döyüş üzgüçüləri Baltik donanmasının “Perekop” gəmisini yoxlayıblar

Əks-təxribat qüvvələri dəstəsinin döyüş üzgüçüləri Severomorskda Baltik donanmasının “Perekop” təlim gəmisinin sualtı hissəsinin planlı yoxlamasını aparıblar.

Herbiand.az bildirir ki, bu barədə donanmanın mətbuat xidməti məlumat verib.

"Yoxlama zamanı üzgüçülər gəminin sualtı gövdəsini və sükan qurğusunu mexaniki zədələnmə, metal eroziyası, eləcə də mümkün yad cisimlər və partlayıcı qurğular üçün yoxlayıblar", - məlumatda deyilir.

Dalğıclar Barents dənizinin soyuq sularında işləri yerinə yetirməyə imkan verən xüsusi avadanlıqlardan istifadə ediblər. Qeyd olunur ki, bu yoxlamalar gəminin təhlükəsizliyinə təhdidləri tez bir zamanda müəyyən etməyə və texniki hazırlığını qorumağa imkan verir.

“Perekop”un silahlanmasında AK-230 və AK-726 artilleriya qurğuları, eləcə də RBU-2500 minaatan qurğuları var.

Bəxtiyar CƏFƏRLİ