Advertisment

"Hörümçək toru" infrastrukturun dronlardan hərtərəfli qorunmasını təmin edəcək

“RT-Project Technologies” (“Rostex”-in bir hissəsi) şirkəti pilotsuz uçuş aparatlarına qarşı ilk hərtərəfli infrastruktur mühafizə sistemini təqdim edib.

Herbiand.az bildirir ki, "Hörümçək toru" adlanan sistem əsas konfiqurasiyasında 200 kq-a qədər çəkiyə malik drondan birbaşa zərbəyə tab gətirə bilən modul metal konstruksiyalardan ibarətdir.

Bu həll neft anbarları, elektrik yarımstansiyaları və digər obyektləri effektiv şəkildə qoruyur. Məhsul tammiqyaslı seysmik sınaqdan keçirilib. Sistemin müxtəlif növ PUA-ların zərbələrinə qarşı müqavimətinin sınaqdan keçirilməsi davam edir.

"Hörümçək toru" 25 metrdən çox hündürlükdə və istənilən ölçüdə obyektləri qoruya bilər.

Bəxtiyar CƏFƏRLİ