Advertisment

Rafale qırıcıları ucuz qiymətə anti-dron raketi ilə təchiz edilib

Fransanın Rafale qırıcıları pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün nəzərdə tutulmuş ucuz raketlə təchiz olunub.

Herbiand.az bildirir ki, bu barədə The War Zone jurnalında qeyd olunub.

Fransa Müdafiə Nazirliyinin Silahlanma Baş İdarəsinin nümayəndələrinin sözlərinə görə, yeni 68 mm-lik lazerlə idarə olunan sursat təyyarənin silahlanmasına uğurla inteqrasiya edilib. Raketin sınaqları bu ilin fevral ayında LADAC proqramının bir hissəsi olaraq başlayıb. Onun hazırlanmasında Dassault Aviation və Thales şirkətləri iştirak ediblər.

Bəxtiyar CƏFƏRLİ