Britaniya Kral Hərbi Dəniz Qüvvələri iki “Tip-23” sinifli “Richmond” və “Iron Duke” freqatını, eləcə də “Chiddingfold” mina gəmisini istismardan çıxarmaq qərarına gəlib.
Herbiand.az bildirir ki, ümumilikdə hər üç gəmi bir əsrdən çoxdur ki, xidmət göstərir.
Britaniya Hərbi Dəniz Qüvvələri qeyd edib ki, 3 gəmi otuz ildən çoxdur ki, Britaniyanın dünya üzrə maraqlarını qoruyaraq öndə olub. Sualtı qayıq təhdidlərinə qarşı mübarizə aparmaqdan və həyati əhəmiyyətli gəmiçilik yollarını qorumaqdan tutmuş humanitar əməliyyatlara və qlobal dəniz təhlükəsizliyi missiyalarına qədər onlar Birləşmiş Krallığın və onun beynəlxalq tərəfdaşlarının təhlükəsizliyini və rifahını qorumağa davamlı olaraq kömək ediblər.
Bəxtiyar CƏFƏRLİ