Ali Rada Ukrayna Silahlı Qüvvələrinə qoşulmuş keçmiş məhkumlara digər Ukrayna hərbçiləri ilə eyni hüquqlar verən qanunu təsdiqləyib.
Herbiand.az bildirir ki, qərar Ukrayna parlamentinin iclasında qəbul edilib.
Dəyişikliklər hərbi xidmət keçmək üçün cəzalarından şərti olaraq azadlığa buraxılmış vətəndaşlara şamil edilir. Bildirilib ki, yeni sənəd bu kateqoriyalı əsgərlərlə digər hərbi qulluqçular arasında mövcud hüquqi bərabərsizliyi aradan qaldırmaq məqsədi daşıyır.
Qanun qüvvəyə mindikdən sonra keçmiş məhkumlar illik məzuniyyət və xəsarətlərdən sonra tibbi müalicəyə geniş çıxış hüququna malik olacaqlar. Sağlamlıqlarına əsasən, onlar həmçinin arxa hissələrə və ya hərbi qeydiyyat və komissarlıqlara köçürülmək hüququna malik olacaqlar.
Ukrayna Silahlı Qüvvələrində xidmət edən məhkumluğu olan qadınlar üçün isə ayrıca müddəalar nəzərdə tutulub. Onlar analıq məzuniyyəti almaq hüququna malik olacaqlar.
Bəxtiyar CƏFƏRLİ